"Hüquqlarımızı bilirik" adlı sərgi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2023-cü ildə də ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilir.
Bu məqsədlə “Uşaq hüquqları aylığı”çərçivəsində məktəbimizin təsviri incəsənət müəllimi Səkinə müəllimin təşkilatçılığı ilə "Hüquqlarımızı bilirik" adlı sərgi təşkil olundu. Uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə xarakter şəkillər çəkildi .
#İnsan HüquqlarıAylığı
#HumanRightsMonth