"Hüquqlarımızı bilirik" adlı tədbir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2023-cü ildə də ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilir.
Bu məqsədlə “Uşaq hüquqları aylığı”çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi Aynur Niftalıyevanın təşkilatçılığı ilə "Hüquqlarımızı bilirik" adlı tədbir keçirildi. Uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə xarakterli kompozisiyalarla çıxış edildi. Tədbir bir birindən maraqlı səhnəciklər, mahnılar və rəqslərlə yadda qaldı.
#İnsanHüquqlarıAylığı
#HumanRightsMonth