VI və IX sinifləri üzrə monitorinq
Bakı şəhəri 28 nömrəli tam orta məktəbin VI və IX sinifləri üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə keçirilən monitorinq tədris dili, riyaziyyat və İngilis dili fənləri üzrə aparılıb.
Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.