Şagirdlərimiz Milli Kitabxanada

24.10.2023-cü il tarixində məktəbimizin kitabxana müdiri İradə Məmmədova və psixoloq Aynur Məmmədovanın təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində şagirdlərimizin Mirzə Fətəli Axundov adına Milli Kitabxanaya ekskursiyası təşkil edilmişdir. Ekskursiyanın təşkilində məqsəd şagirdlərimizdə kitaba, mütaliəyə marağın gücləndirilməsi və onlarda dünyagörüşünün artırılması idi. Şagirdlər Milli Kitabxananın müxtəlif şöbələrini gəzərək, müxtəlif başlıqlı kitab sərgiləri ilə tanış olmuş, foyedə təşkil edilmiş Heydər Əliyev guşəsinə baxış keçirmiş və onları maraqlandıran suallara cavab almışlar. 

Qeyd edək ki, bu il həm də Milli Kitabxananın 100 illiyi qeyd olunur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi