Valideyn məmnuniyyəti
27 sentyabrda Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə "Anım Günü" ilə bağlı tədbir keçirildi. Tədbirdə şəhid anaları, qazilər, valideynlər, müəllimlər və şagirdlər iştirak edirdi. Təbdir izləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Bugün məktəbin valideyni Ağayev Sayad Həsənağa oğlu tərəfindən direktor Qənirə Əmircanova adına teleqram daxil olub. Teleqramda deyilir:
" 27 Sentyabr "Anım Günü" ilə əlaqədar məktəbimizdə keçirilən keçirilən təbdirdə nəvəm 7-ci sinif şagirdi Ağayeva Şəfanın çəkdiyi rəsm nümayiş olundu. Bir baba kimi çox duysular anlar yaşadım. Keçirilən tədbirə görə sizə və təşkilatçılara təşəkkür edirəm. Müəllimlər günü münasibəti ilə sizi və pedaqoji kollektivin bütün üzvlərini təbrik edirəm.
İşlərinizdə uğur, şəxsi həyatınızda xoş günlər arzulayıram.
Hörmətlə Ağayev Sayad müəllim