Pedaqoji şuranın növbəti iclası

12.09 2023- cü il tarixində məktəbdə  pedaqoji şuranın növbəti  iclası keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirildi.  Şəhidlərimizin əziz xatirəsi 1  dəqiqəlik sükutla yad edildi.

Pedaqoji şurada yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verildi. XI sinif məzunlarının  nəticələri direktor müavini Gülsən Soltanova tərəfindən müqayisəli şəkildə pedaqoji kollektivin  diqqətinə çatdırıldı. VI-XI siniflərdə təhsil alan şagirdlərin intellektual oyunlara cəlb edilməsi barədə müəllimlərə tövsiyyələr verildi, Yeni işə təyin olunan müəllimlər kollektivə təqdim edildi. Məktəbin sinif otaqlarının yeni tədris ilinə hazırlanması, növbətçilik cədvəlinin təşkili barədə tapşırıqlar verildi. Məktəbdə tətbiq olunan STEAM lahiyəsinin daha da inkişaf etdirilməsi ilə bağlı müəllimlərə lazımi tövsiyələr verildi.  Fənn aylıqlarının müəyyən olunmuş vaxta keçirilməsi, metodbirləşmələrin təşkili ilə bağlı məsələlər də diqqətə çatdırıldı. İlk dərs saatlarının mövzusu barədə məlumat verildi. Diaqnostik qiymətləndirmənin aparılması və  hesabatlılığın təmin edilməsi metodbirləşmə sədrlərinə tapşırıldı. Pedaqoji şuranın sədri sertifikasiya imtahanında iştirak etmiş müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı. 

    Məktəbin fəaliyyətə başlamasının 5-ci il dönümü münasibəti ilə məktəbin direktoru Qənirə Əmircanova məktəbin kollektivini təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı. 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi