"Ailəm və məktəbim" layihəsi
05.06.2023-cü il tarixində "Ailəm və məktəbim" layihə çərçisində 4 d sinif şagirdləri və valideynləri ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Xəyalə Oruclu və psixoloqu Aynur Məmmədova tərəfindən " Mənim ailəm və mənim məktəbim " adlı tədbir keçirildi. Valideynlər və şagirdlər arasında " Mən və övladım" adlı oyun təşkil olunmuş sonda qalib olan ana və övladı mükafatlandırılmışdır. Oyun valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Sonda məktəbin psixoloqu Aynur Məmmədova valideynlərə slayd nümayiş etdirmiş, Slaydda əsasən "Ailə, məktəb, şagird üçbucağı", "Ailə və məktəb əlaqələrinin qurulmasının uşağın inkişafında rolu", "Uşaqlarla necə ünsiyyət qurulmalı?" və s. kimi mövzulara toxunulmuşdur. Burada valideynlər müzakirədə aktiv iştiak etmiş, onları maraqlandıran suallara cavab tapmışlar.