"Heydər Əliyev - xalqın qəlbində əbədi yaşayan şəxsiyyət "
10 may tarixində məktəbin tarix müəllimi Fıruzə Ağayevanın təşkilatçılığı ilə "Heydər Əliyev - xalqın qəlbində əbədi yaşayan şəxsiyyət " adlı tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoslayd göstərildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeir və kompozisiyalarla çıxış etdilər. Ulu Öndərin sevdiyi mahnılar səsləndirildi.