Dərsdənkənar vaxtın səmərəli təşkili
Məktəbin rus dili müəllimi Sevda Əliyeva sinif rəhbərinin dərsdənkənar sinif kollektivinin asudə vaxtını səmərəli keçirmək vəzifəsini rəhbər tutaraq 5B sinifi ilə Firudin Köçərli adına Uşaq Kitabxanasına ekskursiya təşkil etdi. Uşaqlar ədəbiyyatşünas Firudin bəy Köçərli haqqında məlumat topladılar, müxtəlif kitablarla tanış oldular, oxuduqları kitabları kitabxananın şöbə müdiri ilə birlikdə müzakirə etdilər. Şöbə müdiri öz növbəsində uşaqlar arasında kiçik şeir yarışması da keçirdi. Ən yaxşı şeir deyənlər şöbə müdiri tərəfindən kitablarla təltif olundular.