Dərsdənkənar vaxtın səmərəli təşkili
Məktəbin coğrafiya müəllimi Ceyhun Sadizadənin təşkilatçılığı ilə 40 nəfər şagird cografiya aylığı ilə bağlı olaraq Şamaxı rayonuna səyahət etdi. Şagirdlər ilk öncə Pirqulu meşəsində Şamaxı rayonun rəlyefi, təbii komponent və komplekləri ilə tanış oldular. Daha sonra şagirdlər Şamaxı rəsədxanasında oldular. Şagirdlərimiz səma cisimlərini müşahidə etmək üçün lazım olan alətlərlə və astronomik cihazlarla tanış oldular. Rəsədxana bələdçisi rəsadxana və səma cisimləri haqqında məlumat verib. Şagirdlərin istirahət etmələrini də düşünülüb, belə ki, onlar Şamaxı və Qobustan rayonlarında yerləşən istirahət mərkəzlərində də oldular. Beləliklə həm öyrəndilər, həm əyləndilər