2 Fevral Gənclər Günü
28 nömrəli tam orta məktəbdə "2 Fevral -Gənclər günü" nə həsr olunmuş "Heydər Əliyev və gənclər siyasəti "adlı dəyirmi masa keçirildi. Şagirdlərə bu günün tarixi əhəmiyyəti ilə bağlı məlumat verildi. Şagirdlərin çıxışında Heydər Əliyevin gənclər siyasəti ilə bağlı məlumatlar dinlənildi. Bugün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyət və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.