24 Yanvar- Beynəlxalq Təhsil günü

24 Yanvar 2023-cü il tarixində 28 №-li tam orta məktəbin kitabxanasının Oxu zalında 24 Yanvar- Beynəlxalq Təhsil günü ilə əlaqədar  7 f sinif şagirdləri ilə “Təhsil gələcəyin ən yaxşı sərmayəsidir” mövzusunda söhbət keçirildi.
Söhbətdə kitabxananın müdiri İradə Məmmədova məlumat verdi  ki,  hər il  Yanvar ayının 24-ü dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. BMT-nin qərarında bildirilir ki,  təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir.
Kitabxanaçı Umarova Gözəl şagirdlərə dünyada, eləcə də ölkəmizdə qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunun vacibliyi, eyni zamanda şagirdlərin hüquq və vəzifələrəri barədə şagirdləri məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi