20 Yanvar faciəsinə həsr olunmuş Anım tədbiri
18 yanvar 2023-cü il tarixində 28 nömrəli tam orta məktəbin kitabxanasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Anım tədbiri keçirildi.
Tədbirin açılışında Azərbaycan Respublikasının himni səsləndirildi, 20 Yanvar faciəsində, 1-ci və 2-ci Vətən müharibəsində həlak olan, eləcə də Aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin Təlim- tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda tarix müəllimi Gülsən Soltanova şagirdlərə 20 yanvar faicəsinin törədilmə səbəbləri, həmin hadisələrin gedişatı barədə məlumat verdi.
Sonra şagirdlərə həmin faciəyə aid hazırlanmış videoçarx nümayış etdirildi.
Məktəbin tarix müəllimi H. Xələfov 20 Yanvar faciəsinə qısa şərh verdi və xalqımızın tarixin müəyyən dövrlərində başına gətirilən faciə və haqsızlıqlardan danışdı.
Məktəbin kitabxana müdiri İ. Məmmədova çıxış edərək 20 Yanvar faciəsinin təkcə faciə kimi yox, həm də milli azadlıq hərəkatımızın başlanğıcı kimi qiymətləndirməyi qeyd etdi və şagirdlərə hər zaman xalqımıza qarşı törədilən faciə və soyqırımları unutmamağı, şəhid və qəhrəmanlarımızı daim ehtiramla yad etməyi, onlar kimi Vətəni uğrunda canından keçməyə hazır olmağı tövsiyyə etdi.
Tədbirin sonunda şagirdlərin 20 Yanvar faciəsinə aid səsləndirdiyi şeirlər dinlənildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!