Xalq şairi Ramiz Rövşənlə görüş

20.12.2022-ci il tarixində məktəbimizdə Bakı şəhəri Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə xalq şairi  Ramiz Rövşənlə  görüş keçirildi.

Görüşdə  BŞTİ- nin nümayəndəsi Xuraman Süleymanova, tanınmış qiraətçi Xəzər Süleymanlı, “Kaspi” qəzetinin əməkdaşları iştirak edirdi.  Tədbirdə şagirdlərin ifasında Ramiz Rövşənin  poeziyasından nümunələr səsləndirildi, , şagirdlərimizin  ifasında Ramiz Rövşənin  sözlərinə yazılmış nəğmələr dinlənildi.

Şagirdlərin suallarına cavab verən Ramiz Rövşən  son illərdə yazdığı şeirlərini oxudu. Tədbirin sonunda xalq şairi Ramiz Rövşən  bu görüş üçün məktəb kollektivinə minnətdarlığını bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi