Ulu Öndər Heydər Əliyevin Anım Günü

12 Dekabr 2022-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini Xəyalə Oruclunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir təşkil edildi.  Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Şagirdlər  Azərbaycanın memarı və qurucusu olan dahi şəxsiyyət  haqqında maraqlı  kompozisiyalarla çıxış etdilər.  Ulu Öndərin Azərbaycan tarixində,dövlət quruculuğunda uğurlu siyasəti ilə bağlı məlumatlar verildi. "Şərəfli ömür yolu " adlı tədbirimizdə Ulu Öndərə həsr olunmuş şeirlər, musiqilər səsləndirildi, müdrik kəlamlarından sitatlar gətirildi. Heydər Əliyev ümumxalq məhəbbətinin təzahürünə çevrilmiş və dahi şəxsiyyət xalqımızın   qəlbində əbədiyaşarlıq qazanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi