12 Dekabr Heydər Əliyevin Anım Günü ilə əlaqədar dəyirmi masa

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində Ümummilli Lider adını qazanmış görkəmli dövlət xadimi,dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. O,xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz,qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. "12 Dekabr Heydər Əliyevin Anım Günü" ilə əlaqədar olaraq 28 nömrəli tam orta məktəbin tarix müəllimi Həsən Xələfovun təşəbbüsü ilə V e sinfi ilə dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada məktəbin tarix müəllimi Həsən Xələfov şagirdlərə Ümummmilli Liderimiz Heydər Əliyevin həyat yolu və yürütdüyü siyasət haqqında məlumat verdi. Şagirdlərlə fikir mübadiləsi aparılmışdır. Sonda isə video çarx nümayiş etdirilmişdir. Bununla da şagirdlər Heydər Əliyevin həyat yolu və siyasəti haqqında daha ətraflı məlumat almışlar. Bugün Ümummilli Liderimizin yürütdüyü siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi