Çinarə Köçərli ilə görüş

30 noyabr 2022-ci il tarixində 28 nömrəli tam orta məktəbdə gənc  yazar Yazıçılar Birliyinin üzvü, Fəlsəfə doktoru Çinarə Köçərlinin "44 gün Qarabağda" adlı kitabın ssenarisi əsasında vətənpərvərlik ruhunu özündə əks etdirən tədbir keçirildi.

Tədbirdə istedadlı yazar Çinarə Köçərli, Sabunçu rayonu İcra Hakimiyyətinin nümayəndəsi   A. Ceyhun  iştirak edirdi.

Tədbir Azərbaycan Respubllikasının Dövlət Himni ilə başlandı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Şagirdlərimiz bir-birindən maraqlı kompozisiyalarla tədbirə rəng qatdılar. Kitabın özündən götürülmüş hekayələr əsasında səhnəciklər nümayiş etdirildi.  Vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirildi.  44 gün Qarabağda ” adlı kitabın səhifələrindən müharibənin ağır faciələri əks olunan şəkillərin şagirdlər tərəfindən çəkilməsi qonaqlar tərəfindən rəğbətlə qarşılandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi