Kimya - biologiya aylığı çərçivəsində Açıq dərs
Kimya -biologiya aylığı ilə əlaqəli bir sıra tədbirlərlə yanaşı kimya və biologiya fənləri üzrə açıq dərslər təşkil edilir. 28.11.2022 - ci il tarixində kimya müəllimi Xəyalə Ismayılovanın 8c sinfində açıq dərsi təşkil edildi. Mövzu "Turşuların təsnifatı və adlandırılması idi. Dərs müasir tələblərə uyğun interaktiv, öyrədici inkişafetdirici idi. Dərs prosesində şagirdlər çox fəallıq göstərdi. Onlara təqdim olunan tapşırıqları video resurslardan istifadə edərək araşdırıb cavablandırdılar, təqdimatlar etdilər. Yaradıcı tətbiqetmə mərhələsində müxtəlif turşuların qrafik quruluşlarına əsasən molekulların qrafik modellərini hazırladılar. Direktor, direktor müavinləri, psixoloq və müəllimlər dərsdə dinləyici kimi iştirak etdilər. Çox əyləncəli və maraqlı dərs keçdi.