Kimya - biologiya aylığı çərçivəsində Açıq dərs
2022-2023-cü tədris ilində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin Fəaliyyət Planına əsasən noyabr ayı kimya- biologiya aylığıdır.
Aylığa əsasən bütün siniflərdə kimya və biologiya fənlərindən məktəbdaxili monitorinq keçirilir, test yoxlama işləri aparılır, şagirdlərin əl işi və rəsmlərdən ibarət sərgi təşkil olunur, açıq dərslər verilir Bu şagirdlərin dərsə olan marağını və məsuliyyət hissini artırır.
Aylığın növbəti Açıq dərsini IX a sinfində biologiya müəllimi Əhmədova İlahə nümayiş etdirdi. Dərsin mövzusu “Zülalların biosintezi “ idi. Dərs perspektiv planlaşdırmaya uyğun tərzdə keçdi.
Dərs boyu müasir dərsə verilən tələblər - alt standartların, təlim nəticələrinin, qiymətləndirmə meyarlarının və öyrənmə fəaliyyətinin tələbləri gözlənildi, şagirdlərin fəallığı təmin edildi.