Zəfər gününə həsr olunmuş tədbir

Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Muxtarova Leylanın təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “ Xarıbülbüllü Qarabağımız” adlı tədbir keçirildi. Tədbirdə şəhid Nağıyev Elfaq, Əliyev Adəmin anası, şəhid Elşən Musayevin qardaşı, Azərbaycan Respublikası Şəhid Ailələri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədr müavini Hüseynov Cavid və qazilərimiz iştirak etdilər.

 Tədbirdə çıxış edən məktəbin direktoru Qənirə Əmircanova qeyd etdi ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu. Bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir. Vətən müharibəsində Zəfər salnaməsi yazan bütün qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğuladı.

Tədbir çərçivəsində “Zəfər Günü”nə həsr olunmuş bir-birindən maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi