Uşaq hüquqları aylığı
19 oktyabr tarixində "Uşaq hüquqları aylığı çərçivəsində 28 nömrəli tam orta məktəbin coğrafiya müəllimi S.Ceyhun müəllimin təşkilatçılığı ilə "Hüquqlarįmızı bilirik "adlı dəyirmi masa təşkil olundu. Dəyirmi masanın təşkil olunmasında məqsəd uşaqlara diqqət və qayğının mütləqliyi, onlara qarşı zorakılığın mümkünsüzlüyünü, hüquq və azadlıqlarından düzgün faydalanmağı şagirdlərə çatdırmaqdır. Şagirdlər özlərinin hazırladıqları materiallarla çıxış etdilər.