"XX əsrdə Qarabağda tarixi, mədəni və dini abidələrə qarşı erməni vandalizmi"  mövsunda tədbir

14.10.2022 ci il tarixində Bakı şəhəri 28 nömrəli məktəbdə Azərbaycan Respublikası Prezidentinin 5 yanvar tarixli sərəncamına əsasən, 2022-ci il "Şuşa ili" çərçivəsində "XX əsrdə Qarabağda tarixi, mədəni və dini abidələrə qarşı erməni vandalizmi"  mövsunda tədbir keçirilmişdir. Tədbirdə məktəbdə qonaq olmuş Quba Memorial Mərkəzinin əməkdaşları Sübhan Talıblı və Abutalıb Turabov  tərəfindən şagirdlərə erməni vandalizminin qurbanları haqqında tarixi faktlar,  memorial mərkəzin yaradılması və ümumiyyətlə, ermənilərin Azərbaycana qarşı təcavüzünün nəticələri haqqında ətraflı məlumatlar verilmiş, şagirdlərin mövzu ilə bağlı təqdimatları və araşdırnaları dinlənilmişdir. Tədbirdə məktəbin direktoru Əmircanova Qənirə və direktor müavini Soltanova Gülsən çıxış etmişlər. Mərkəzin əməkdaşları, məktəbə öz hədiyyələrini və tədbirin ərsəyə gəlməsində əməyi olan müəllim və şagirdlərə sertifikatlar təqdim etmiş, xatirə şəkli çəkdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi