“Öyrənmə tərzləri-V.A.K”

3 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası ETN keçirdiyi VI Qrant müsabiqəsinin qalibi “Öyrənmək çətin deyil!” layihəsinin planına uyğun olaraq layihə rəhbəri Soltanova Gülsən və layihənin psixoloqu Məmmədova Aynur tərəfindən 28 nömrəli tam orta məktəbin IX siniflərində “Burdon” diqqət testi və “Öyrənmə tərzləri-V.A.K” sorğu testi keçirilmişdir. “Burdon” diqqət testi sayəsində şagirdlərin diqqət səviyyəsi ölçülmüş, “Öyrənmə tərzləri-V.A.K” sorğu vərəqləri sayəsində isə dərsə yanaşma və öyrənmə tərzləri müəyyən edilmişdir. Şagirdlər böyük maraqla testlər üzərində iş aparmışlar.