Vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi

06.10.2022 -ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə 7a sinif şagirdləri ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkil olundu.Məktəb kitabxanaçısının iştirakı ilə məktəbin həyətində, açıq havada təşkil olunmuş depatda şagirdlər fəal iştirak etdilər.Prezidentimizin uğurlu siyasəti nəticəsində hər gün çiçəklənən və inkişaf edən ölkəmizin tarixi,mədəniyyəti və incəsənətindən bəhs olundu.Azərbaycan yazıçılarının Qarabağın  zəngin torpaqlarına, tarixinə eləcə də 44 günlük Vətən müharibəsinə həsr olunmuş kitabları şagirdlərin marağına səbəb oldu.Bu kitablar kitabxanaçı və şagirdlər tərəfindən oxundu və həmin mövzu üzərində müzakirələr aparılmaqla şagirdlər öz bildiklərini yoldaşları ilə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi