Beşinci siniflərin monitorinqi
3 oktyabr 2022-ci il tarixində məktəbin 5-ci sinif şagirdlərinin biliyinin monitorinqi keçirilib. Monitorinqdə şagirdlər Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnindən sualları cavablandırmışdır. Monitorinqin nəticələrini müəllimlər hesabat formasında təqdim edəcəklər. Növbəti həftələrdə digər siniflər də monitorinqə cəlb olunacaqdır.