Təhsildə İnkişaf və İnnsovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi
Bu gün, 30 sentyabr 2022-ci ildə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi VI Qrant müsabiqəsinin qalibi məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Soltanova Gülsən Rza qızının “Öyrənmək çətin deyil!” layihəsinin açılış tədbiri keçirilmişdir. Tədbirdə 28 nömrəli məktəbin 9-cu sinif şagirdləri, onların valideynləri, riyaziyyat müəllimləri və sinif rəhbərləri iştirak etmişdilər. Tədbirdə həmçinin, layihə üzrə təlimlər aparacaq təlimçilər də yaxından iştirak etdilər. Tədbir zamanı layihənin əhəmiyyəti, riyaziyyatın həyatdakı aparıcı rolu, səriştəli müəllimin riyaziyyatın tədrisindəki əhəmiyyəti, riyaziyyatda çətinlik faktorları, differensial yanaşma, valideyn-məktəb əməkdaşlığına dair çıxışlar edilmiş, təqdimatlar və videolar göstərilmişdir. Tədbir zamanı, məktəbin direktoru Əmircanova Qənirə, layihənin rəhbəri Soltanova Gülsən və riyaziyyat müəllimləri Şahmarov Ağalar, Hüseynova Sevil, Vəliyeva Aygün, Bağırova Fəxriyyə çıxış etmişlər. Tədbir zamanı şagirlər də yaxından iştirak etmişdilər.