27 Sentyabr Anım Günü
Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə 27 Sentyabr Vətən Müharibəsi Şəhidlərinin Anım Günü nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhid Quliyev Naibin anası Təhməzova Raziyə, şəhid Xələfov Nicat İlqar oğlunun anası Dilarə xanım, qazi Əlizadə Novruzun valideyni Əliyeva Rövqanə ,məktəbin müəllim və şagird heyəti iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərimiz vətənpərvərlik mövzusunda kompozisiyalar şeir və musiqilərlə çıxış etdilər. Şəhidlərimizin şücaətini əks etdirən slaydlar nümayiş etdirildi. Sonda məktəbin direktoru bu günün tarixi önəmi ilə bağli şagirdlərə maarifləndirici məlumat verdi. Şəhid valideynlərinə söz verildi. Şəhidlər ölməz, Vətən bölunməz şüarı səsləndirildi.