"Son zəng" tədbiri

Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə "Son zeng" tədbiri keçirildi. Sabunçu rayonu İcra Hakimiyyetinin başçısının müavini Rəna Fərəcova da dəvətimizi qəbul edərək tədbirimizdə iştirak etmişdir. Azərbaycan Dövlət Filarmoniyasının solisti Azərbaycanı Türkiyədə təmsil edərək ölkəmizə 10 qızıl medal gətirən İsmayıl Məmmədov Usaqlıq mahnısı və "Əziz müəllimim" mahnısı ilə tədbirimizi daha da gözəlləşdirdi. Məzunlarımızın bir-birindən gözəl çıxışları göz oxşadı. Məzunlarımız müəllimlərə öz təşəkkürünü bildirdilər. Şagirdlərə və valideynlərə təşəkkürnamə verildi. Tədbirimiz son zəng sədası altında sona çatdı.