Sabir Rüstəmxanlının şagirdlərlə görüşü keçirildi

26.05.20222-ci il tarixində Bakı şəhəri 28 №li tam orta məktəbdə  Xalq şairi, Milli Məclisin deputatı, "Şöhrət" ordenli, Yazıçılar Birliyinin üzvü  Sabir Rüstəmxanlı ilə məktəblilərin görüşü keçirilib. Görüşdə məktəbin şagird və müəllimləri, Sabunçu rayonu Maştağa qəsəbəsi bələdiyyə sədri Mikayıl Məmmədov, Sabunçu rayonu Seçki Komitəsinin sədri Hacıbala Babayev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qənirə Əmircanova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib. Məktəbin şagirdlərinin ifasında şairin şeirləri, eləcə də şeirinə bəstələnmiş mahnı səsləndirilib. Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanından bir parça səhnəcik göstərilib.

Sonra xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin iştirakçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin şagirdlər üçün böyük əhəmiyyətindən danışıb. Şair çıxışında müzəffər Ordumuzun gücü sayəsində 30 illik Qarabağ həsrətinə son qoyulmasından, "Vətən" kəlməsinin anlamından, Azərbaycan dilinə olan münasibətdən və digər məsələlərlə bağlı fikirləri bölüşüb. 

Sonda şair tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi