"Bəla" pyesi
Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə Asif Kəngərlinin " Bəla" əsəri şagirdlərin ifasında tamaşaya qoyuldu. Əsərdə narkomaniyanın insan həyatında necə böyük problemlərə gətirib çıxartdığı şagirdlərin diqqətinə çatdırıldı. Əsər şagirdlər və tamaşaçılar tərəfindən maraqla qarşılandı. Bu tədbirdə "Bəla" pyesinin yazarı həkim-yazıçı Asif Kəngərli, Sabunçu rayonu Polis İdarəsinin leytenantı Asif Məlikov, polis mayoru Azər Musayev, polis baş leytenantı Tural Allahverdiyev də iştirak etdi.