İngilis dili günü - bilik yarışı
25 aprel 2022-ci il tarixində Bakı şəhəri 28 №li tam orta məktəbdə VII sinif şagirdləri arasında "İngilis dili günü" adlı bilik yarışı keçirilmişdir. Bilik yarışında şagirdlərə 15 sual, hər suala 2 dəqiqə vaxt verilmişdir. Yarışın sonunda VII C sinif şagirdləri I yeri qazanmışlar. Qaliblərə məktəb tərəfindən hədiyyələr və diplom verildi. Şagirdlər arasında belə yarışların müntəzəm olaraq davam etdirilməsi planlaşdırılır.