Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov

    "Qəhrəman o kəsdir ki, içindəki ölüm qorxusunu dəf edərək, öz əqidəsi uğründa çəkinmədən döyüşə atılsın." Tarixdə hər qəhrəman öz igidlik salnaməsini yazır. Göstərdikləri şücaət onları unudulmaz edir. Belə qəhrəmanlardam biri də Azərbaycan xalqının igid övladı, II Dünya müharibəsi zamanı antifaşist müqaviçət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovdur.

    11.04.2022-ci il tarixində Bakı şəhəri 28 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lumuxanım Əsgərovanın təşkilatçılığı və əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 102-ci ildönümü qeyd olundu. Tədbirdə məktəbin VIII və IX sinif şagirdləri qəhrəmanın həyatı və fəaliyyəti ilə bağlı çıxışlar etdilər. Məktəbin tarix müəllimi Soltanova Gülsən II Dünya müharibəsində Azərbaycanın rolundan, azərbaycanlıların şücaətindən, həmvətənlərimizin Fransanın azadlığı uğrunda mübarizəyə verdiyi töhfələrdən danışdış Məktəbin direktoru Qənirə Əmircanova Əhmədiyyə Cəbrayılovla bağlı xatirəsini bölüşdü, eləcə də o dövrdə Azərbaycan xalqının çəkdiyi əziyyətlər barədə məlumat verdi. Tədbirdə Əhmədiyyə Cəbrayılovun ən sevdiyi mahnı (Ələkbər tağıyevin "Sənsən həyatım mənim" mahnısı) səsləndirildi. Daha sonra bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və faşizm üzərində qələbə çalmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu Əhmədiyyə Cəbrayılov haqqında qısa metrajlı film nümyiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi