Şagirdlərimizin uğuru
Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş "Heydər Əliyev və Azərbaycan tarixi" elmi praktik konfransının nəticələrinə uyğun olaraq Bakı şəhəri 28 №li tam orta məktəbin X sinif şagirdi Suoltanov Kənan ("Şirvanşahlar dövlət- I İbrahim" mövzusu) və Kişiyeva Ülkər ("Baharlı dövləti - Qara Yusif" movzusu) müsabiqənin qalibləri olmuşlar. Onların elmi rəhbəri məktəbimizin tarix müəllimi Xələfov Həsəni təbrik edirik. Şagirdlərimizə uğurlar arzulayırıq!