"Beynəlxalq Teatr Günü" münasibəti ilə tədbir

28 mart 2022-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəliyeva Ramilənin təşkilatçılığı ilə "Beynəlxalq Teatr Günü" münasibəti ilə tədbir keçirildi. Teatr sənəti, onun tarixi barədə məlumat verildikdən sonra Azərbaycanda peşəkar milli teatrın yaranması barədə videoçarx nümayiş etdirildi. 6f, 7b, 7d, 8e sinif şagirdləri tərəfindən M.F.Axundovun "Lənkəran xanının vəziri", "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər",  “Hacı Qara”, "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" əsərləri səhnələşdirilərək nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi