Bizim böyük qələbəmiz

Bu gün Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri 28 №li tam orta məktəbdə “Bizim böyük qələbəmiz” adlı ədəbi –bədii tədbir keçirildi. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, YAP-ın Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev, Sabunçu rayonunda yerləşən məktəblərin direktorları və digər qonaqlar da iştirak edirdi. Tədbir 44 günlük Vətən müharibəsinin qələbəsinə həsr olunmuşdu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qənirə Əmircanova 44 günlük Vətən müharibəsi haqqında şagirdlərə ətraflı məlumat verdi. Məktəblilər üçün nəzərdə tutulmuş “Bizim böyük qələbəmiz” adlı kitabın səhifələrindən müharibənin ağır faciələri əks olunan şəkillərin şagirdlər tərəfindən çəkilməsi qonaqlar tərəfindən rəğbətlə qarşılandı. “Bizim böyük qələbəmiz” adlı tədbirdə Sabunçu rayonunda yerləşən digər məktəblərin şagirdləri də iştirak edirdi. Onların ifasında “Qarabağ şikəstəsi ”,  X.Natavanın qəzəllərindən nümunələr, qəhrəmanlıq şeirləri və nəğmələri alqışlarla qarşılandı. Şagirdlər tərəfindən hazırlanan  rəsm və əl işlərindən ibarət sərgi  böyük marağa səbəb oldu.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova və YAP-ın Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev bu tədbir üçün Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyinə  öz təşəkkürlər  bildirərək 28 №li tam orta məktəbə təhsildə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi