"Təhsil  tariximizin şərəfli səhifəsi" adlı dəyirmi masa

25.02.2022-ci il tarixində Bakı şəhəri 28 №li tam orta məktəbdə İrəvan Müəllimlər Seminarıyasının 140 illiyi ilə bağlı "Təhsil  tariximizin şərəfli səhifəsi" adlı dəyirmi masa keçirildi. Tədbirdə seminariyanın yaranma tarixi, pedoqoji heyəti, məzunları ilə bağlı məlumat verildi, slaydlar təqdim olundu. İrəvan Seminariyasının ilk müəllimlərindən olmuş görkəmli maarifpərvər Firudin bəy Köçərlinin pedoqoji fəaliyyəti, xidmətləri haqqında danışıldı. Dəyirmi masada iştirak edənlər F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Qənbərova Şəhla, Dadaşova Zahirə, Tahirova Nazilə məktəblilərlə görkəmli maarifpərvər ziyalı Firudun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti haqqında söhbət apardılar. F. Köçərlinin "Balalara hədiyyə" kitabına daxil etdiyi "Tıq-tıq xanım" və "Göyçək Fatma" nağılından səhnəciklər təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi