9A sinfi Maştağa Mədəniyyət Mərkəzində

23.02.20222-ci il tarixində Bakı şəhəri 28 №li tam orta məktəbin rus dili müəllimi Sevda Əliyevanın təşkilatçılığı ilə bir neçə şagird "Maştağa Mədəniyyət Mərkəzi"ndə təşkil olunmuş tədbirə getdilər. Tədbirin rəsmi hissəsi "Xocalı faciəsi"nin 30-cu ildönümünə, bədii hissəsi isə "44 günlük Vətən müharibəsi" nə həsr olunmuşdur.

Qan yaddaşımız olan Xocalı faciəsinin dəhşətlərini, ağrı-acısını əks etdirən çıxışlarla başlayan tədbir "Cənnətə bilet" adlı bədii tamaşa ilə sona çatdı. Tamaşada əks olunan hadisələr o qədər təsirli hazırlanmışdır ki, heç kəs göz yaşlarına hakim ola bilmədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi