Şəhid Raqib Hüseynovun ailəsi ilə görüş

2021-2022-ci tədris ilinin fəaliyyət planına əsasən Xocalı faciyəsinin 30-cu il dönümü münasibəti ilə məktəbdə keçirilən silsilə tədbirlər davam edir. Bu tədbirlərdən biri 18 fevral 2022-ci il tarixində Bakı şəhər 28 № li tam orta məktəbin informatika müəllimi Aygün Mehdiyevanın təşkilatçılığı ilə  2-ci Qarabağ müharibəsində Tərtər rayon Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında xidmətləri olan, bu döyüşlərdə də şəhidlik zirvəsinə ucalan şəhid Raqib Hüseynova həsr olunmuşdur.

Tədbirdə məktəbimizin 7a sinif şagirdləri, müəllim kollektivi, şəhidin anası Hüseynova Rəna və bir neçə yaxın qohumu,eləcədə əsgər yoldaşı iştirak etdilər. Tədbirin sonunda Rəna xanım ilk öncə məktəbimizin direktoru Qənirə xanıma, 7a sinfinin rəhbəri Aygün müəlliməyə, eləcə də gələn qonaqlara öz təşəkkürünü bildirərək 7a sinif şagirdləri üçün gətirdiyi Raqib Hüseynova həsr olunmuş dəftər və kitabı təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi