9A sinfi Memorial Soyqırım Muzeyində

17 fevral 2022-ci il tarixində Bakı şəhər 28 No-li tam orta məktəbin rus dili müəllimi Sevda Əliyevanın təşkilatçılığı ilə 9A sinifi Hərbi Prokurorluğun nəzdində yaradılmış tariximizin qan yaddaşı olan "Xocalı qətliamı"na həsr edilmiş "Memorial Soyqırım Muzeyi"nə ekskursiyaya getdilər. Muzeydə şagirdlər amansız erməni daşnaklarının Xocalıda dinc əhalinin başına gətirdikləri acı həqiqətlərlə və xalqın ağır faciəsi ilə bir daha yaxından tanış oldular. Muzeyin əməkdaşı Xocalı faciəsi haqqında şagirdlərə ətraflı məlumat verdi və onların suallarını cavablandırdı. 9A sinifinə Xocalı faciəsini özündə əks etdirən film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi