IX siniflərin valideyn iclası
Bakı şəhəri Təhsil İdarəsinin fəaliyyət planına əsasən 28 nömrəli tam orta məktəbdə valideyn iclaslarının keçirilməsinə başlanılmışdır. 4 fevral 2022-ci il tarixində 9- cu sinif şagirdlərinin valideynləri ilə pandemiya şəraitinə uyğun olaraq valideyn iclası keçirilib.
İclasda iştirak edən valideynlərə şagirdlərin məktəbdə davranışı, BŞTİ tərəfindən keçirilmiş monitoriqlərin, məktəbdaxili qiymətləndirmələrin - BSQ-lərin nəticələri, I yarımilin nəticələrimüqayisəli formada təqdim olundu. Peşə seçimi ilə bağlı valdeynlərlə maarifləndirici söhbətlər aparıldı.
Qarşıdakı günlərdə növbəli şəkildə digər siniflərin valideynləri də məktəbə dəvət olunacaq.