Böyük summativ qiymətləndirmə

Məktəbdə I yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir. 24 yanvar 2022-ci il tarixindən başlanan Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Qiymətləndirmə prosesini nəzarət komissiyası həyata keçirir. Nəzarət komissiyası tərəfindən hazırlanmış açıq və qapalı tipli test sualları vasitəsi ilə şagirdlərin I yarımil ərzində öyrəndikləri bilik və bacarıqlar yoxlanılır. Şagirdlərimizə uğurlar arzulayırıq!