Böyük summativ qiymətləndirmə
Məktəbin Fəaliyyət planına əsasən 24 yanvar 2022-ci il tarixindən etibarən Bakı şəhəri 28 №li tam orta məktəbin bütün siniflərində böyük summativ qiymətləndirmə aparılmasına başlanmışdır. 25 yanvar 2022-ci il tarixində də bu iş davam etdirilir. Qrafikə uyğun olaraq bütün siniflərdə qiymətləndirilmə növbəti günlərdə də keçiriləcək. Şəffaflığı təmin etmək məqsədilə testlər digər fənn müəllimləri tərəfindən yoxlanılır.