“20 Yanvar – Qanla əridilən əsarət” dəyirmi masa
Bakı şəhəri 28 №li tam orta məktəbin tarix müəllimi Həsən Xələfov 5G sinfi ilə birlikdə dəyirmi masa təşkil etdi. İlk öncə Dövlət Himni səsləndirildi. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ümummilli lider Heydər Əliyevin 1990-ci ilin 20 yanvar tarixində AZSSR-nin Moskvadakı daimi nümayəndəliyindəki çıxışları nümayiş olundu. Şagirdlər şəhidlərə həsr olunmuş mahnılar və şeirlər səsləndirdilər.