"Narkomaniyaya yox deyək!" adlı tədbir

Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə 2021-2022-ci tədris ilinin   Fəaliyyət  Planına  əsasən  "Narkomaniyaya yox deyək!" adlı (bu adla sayca ikincidir) tədbir keçirildi. Tədbir məktəbin tərbiyə işləri üzrə direktor müavini  Xəyalə Oruclu ve məktəbin kimya müəllimi  Xəyalə İsmayılovanin təşkilatçılığı ilə  icra edildi.  Tədbiri giriş sözü ilə məktəbin direktoru Qənirə Əmircanova Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə  açıq elan etdi. Tədbirdə Sabunçu rayon Polis idarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu rayon İdman və Gənclər İdarəsinin rəisi Rakif Əliyev,  Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, 14-cü polis bölməsinin rəisi, polis polkovnik leytenantı Tural Məşədiyev, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis kapitan Ata Atayev iştirak  etdilər. Şagirdlərin ifasında  narkomaniyanın insanlara və ailələrə vurduğu  ziyanın  nəticəsi  səhnəciklər vasitəsilə   göstərildi,  müxtəlif məzmunlu çıxışları oldu. Slayd formasında nümayiş etdirilən  təqdimatlar tədbirin məqsədinin  izahında şagirdlərə kömək etdi.   Tədbirdə həmçinin Sabunçu rayon Polis idarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu rayon İdman və Gənclər İdarəsinin rəisi Rakif Əliyev,  Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli də çıxış etdilər.  Narkomaniyayanın  zərərini və faciəsini şüurlu şəkildə dərk edən şagirdlər  müxtəlif suallarla  iştirakçılara müraciət etdilər.  Onlar  şagirdlərin  suallarnı əhatəli şəkildə cavablandırrdılar. 

Tədbirin sonunda Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli müəllifi olduğu kitablarını məktəbin kitabxanasına hədiyyə edərək, bütün şagirdlərə təhsildə və həyatda uğurlar arzuladı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi