Nümunəvi dərslər
Bakı şəhəri Təhsil İdarəsinin 2021-2022-ci tədris ili üçün Fəaliyyət Planına əsasən Bakı şəhəri 28 №li tam orta məktəbin 3F sinfinin müəllimi Əliyeva Çimnaz Həyat bilgisi fənnindən "Gecə və gündüzün yaranması" mövzusunda nümunəvi dərs təşkil etmişdir. Nümunəvi dərsdə məktəbin direktoru Qənirə Əmircanova, tədris işləri üzrə direktor müavini Xəyalə Aslanova, ibtidai sinif müəllimi Aysun Əliyeva iştirak etdilər. Nümunəvi dərsdə müəllim əyani vəsaitlər, İKT - dən istifadə edərək gecə və gündüzün dəyişməsinin səbəbini izah etdi. Şagirdlər qruplarda birləşərək iş vərəqlərində verilən tapşırıqların öhdəsindən gəlməyə çalışdılar.
Dərsin müzakirəsi təşkil olundu. İştirakçılar öz münasibət və təkliflərini bildirdilər.