Nümunəvi dərslər

 Bakı şəhəri Təhsil İdarəsinin 2021-2022-ci  tədris ili üçün Fəaliyyət Planına əsasən Bakı şəhəri 28 №li tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Nubar Azərbaycan dili fənnindən "Halal pul" mövzusunda nümunəvi dərs təşkil etmişdir. Nümunəvi dərsdə məktəbin direktoru Qənirə Əmircanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Aslanova, metodbirləşmə sədri İlhamə Musayeva, ibtidai sinif müəllimi Sürayə İsmayılova, Aysel Qafarova iştirak etdilər. Şagirdlər mövzuya uyğun səhnəciklər nümayiş etdirdilər. Zəhmətin, əməyin onların gələcək həyatlarına işıq saçacağı qənaətinə gəldilər.  

Dərsin müzakirəsi təşkil olundu. İştirakçılar öz münasibət və təkliflərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi