KİMYA FƏNNİNDƏN NÜMUNƏVİ DƏRS
30.11.2021-ci il tarixində kimya müəllimi Cəfərova Aysel IX sinif üzrə “ Polad istehsalı" mövzusunda nümunəvi dərs təşkil etdi. Dərsdə məktəb rəhbəri və ixtisas müəllimləri iştirak etdilər.
Dərsin məqsədi poladın həyatımızdakı rolu və alınma üsullarını müstəqil şəkildə öyrənmək, informasiya savadlılığını inkişaf etdirməkdən ibarət idi.
Dərsin əvvəlində ötən dərsin nə dərəcədə mənimsənilməsi yoxlanıldı. Daha sonra polad istehsalı haqqında motivasiya sualı, sualdan sonra isə videoçarx təqdim olundu.Tədqiqat sualından sonra verilən kiçik başlıqların araşdırılması tapşırıldı.
Şagirdlər kiçik qruplar şəkilində araşdırmalar apararaq, öyrəndikləri yeni məlumatları qrup üzvüləri ilə müzakirə edib, ümumi rəyə gəldilər. Təqdimatdan sonra öyrəndikləri yeni məlumatların sayı qədər “Polad ağacı”na payız yarpaqları düzdülər. Hər qrupun təqdimatından sonra, müəllim ehtiyac olduğu təqdirdə əlavələrini etdi. Dərsin əvvəlində təqdim edilən qiymətləndirmə cədvəlindəki meyyarlara əsasən qruplar və şagirdlərin qiymətləndirilməsi aparıldı.