KİMYA FƏNNİNDƏN NÜMUNƏVİ DƏRS
15.11.2021 –ci il tarixində kimya müəllimi Xəyalə İsmayılova VIII sinif üzrə “ Oksidlərin təsnifatı, adlandırılması və fiziki xassələri” mövzusunda nümunəvi dərs təşkil etdi. Dərsdə məktəb rəhbərli və ixtisas müəllimləri iştirak etdilər. Dərs interaktiv metodları ilə keçirildi. Dərs şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanaraq təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirildi. Dərsin məqsədi şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması idi.
Şagirdlər qruplar şəkilində araşdırmalar apararaq, sərbəst iş vərəqlərini işlədilər. Şagirdlər yaradıcı tətbiqetmə bacarığından istifadə edərək plastilindən və taxta çöplərdən müvafiq oksidlərin mil kürəcik modellərini hazırladılar. Hər qrup öz araşdırmalarının məlumat mübadiləsini apardı. Ümumi toplanmış məlumatların müzakirəsi edildikdən sonra, müəllimin əlavə məlumatlar verdi və ümumiləşdirilmə apararaq nəticə çıxarıldı. Dərsin əvvəlində təqdim edilən qiymətləndirmə cədvəlindəki meyyarlara əsasən qruplar və şagirdlərin qiymətləndirilməsi aparıldı.