Şagirdlərimizin uğuru

Bakı şəhəri 28 nömrəli tam orta məktəbin "Xarıbülbül" rəqs qrupu 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 8 noyabr - "Zəfər Günü"nə həsr olunmuş "Xarıbülbül" respublika onlayn uşaq rəqs festivalında ümumtəhsil məktəbləri arasında "Milli rəqs" nominasiyası üzrə II yerə layiq görülərək fəxri fərmanla təltif olunmuşdur. "Xarıbülbül" respublika onlayn uşaq rəqs festivalında məktəbimizin 6B sinif şagirdləri İsmayılzadə Leyla, Ağayeva Zəhra, Nəzərli Zəhra, 8D sinif şagirdləri Abdullayeva Nuranə, Səmədova Nuranə iştirak etmişdir. Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi