"Zəfər Günü" adlı tədbir
4 noyabr 2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini X. Oruclunun təşkilatçılığı ilə "8 Noyabr - Zəfər Günü" münasibətilə tədbir keçirildi. Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə doğma torpaqları üçün canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər vətən mövzusunda şeir və mahnıları ilə çıxış etdilər. Azərbaycan xalqına şanlı qələbəni yaşadan qəhrəman əsgərlərimizlə bağlı səhnəciklər, möhtəşəm tarixi zəfəri özündə əks etdirən videoçarxlar nümayiş etdirildi.